Metronun fəaliyyəti bərpa olundu - Yenilənib

Metronun fəaliyyəti bərpa olundu - Yenilənib
1594 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”.

Axşam.az xəbər verir ki, Bakı Metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunub. 

Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

***

Son məlumata görə, Bakı metrosunun fəaliyyəti bərpa olunub:

“Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, - qurumun məlumatında qeyd edilib.

Xatırladaq ki, hazırda Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilir. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.