Metroda yaranan problemlə bağlı açıqlama

Metroda yaranan problemlə bağlı açıqlama
712 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu gün təxminən saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”-“Nərimanov” mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb”.

Axşam.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bu gün metroda baş verən nasazlıqla bağlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, metroda qatarların hərəkətini təmin edən əsas qüvvə elektrik enerjisidir:

"Yüksəkgərginlikli elektrik enerjisinin verilməsi dayanıb və bu səbəbdən “Ulduz–Nərimanov” mənzilində qatarların hərəkəti mümkün olmayıb".