Müjdat Gezen xəstəxanalıq oldu - Tamaşada qalmaqal

Müjdat Gezen xəstəxanalıq oldu - Tamaşada qalmaqal
537 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Türkiyədə "Gırgıriye" tamaşası zamanı gərgin anlar yaşanıb.

Axşam.az xəbər verir ki, qadın tamaşaçılardan biri 4 min lirə ödədiyi halda səhnəni görmədiyini iddia edib. O, səhnənin önünə gələrək tamaşanın davam etməsinə əngəl törədib. Onun bu hərəkəti həm aktyorlar, həm də digər tamaşaçılar tərəfindən etirazla qarşılanıb.

Müjdat Gezen qadına başqa bir gün üçün ən ön sıradan pulsuz yer verilməsini təklif edib. Aktyor səhnə üçün şəraiti düzgün təşkil etməyən teatra görə də gələnlərdən üzr istəyib. Lakin daha sonra onun vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilməli olub. Bu səbəbdən tamaşa yarımçıq saxlanılıb və başqa bir günə təyin olunub.

Yaşanan qalmaqal səbəbindən aktrisa Perran Kutmanın kulisdə ağladığı ortaya çıxıb.