Zamiq ailəsi ilə keçirdiyi anları paylaşdı

Zamiq ailəsi ilə keçirdiyi anları paylaşdı
3904 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov bir gününü izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, sənətçi hər gün ayaqla gəzməklə günə başladığını bildirib. Zamiq daha sonra sağlam qidalandığını nümayiş etdirib və səhər yeməyi mütləq yediyini əlavə edib.

İdmansız günü olmayan ifaçı "İdman mənim həyat tərzimdir. Özümü daha xoşbəxt və gümrah hiss edirəm. Hansısa idman növü gün ərzində həyatımda var, bu məni çox sevindirir" sözlərini əlavə edib.

O, daha sonra ailəsi ilə vaxt keçirtdiyini söyləyib:

"Övladımla olan anlarım mənim üçün əvəzolunmazdır. Özümü ən xoşbəxt hiss etdiyim məqamlardan biridir. Zamanımın çox hisəssini studiyada keçirirəm. Müzakirələr edir, yeni layihələr üzərində çalışırıq".