Enn Heteuey müsahibəsində "İnşallah" dedi - Video

Enn Heteuey müsahibəsində "İnşallah" dedi - Video
2319 dəfə oxunub
  • A-
  • A
  • A+

"Dünyanın ən gözəl qadını" seçilən amerikalı aktrisa Enn Heteueyin "People" nəşrinə müsahibəsində işlətdiyi ifadə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa müsahibəsi əsnasında "İnşallah" ifadəsindən istifadə edib.

"Mən sadəcə yaşamaq və həyatdan zövq almaq istəyirəm. Uzun və sağlam bir ömür istəyirəm. İnşallah, ümid edirəm ki, belə də olar" deyə, E.Heteuey bildirib.

Onun müsəlmanlar tərəfindən istifadə olunan bu sözü işlətməsi sosial mediada izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.