Türkiyəli sosial media fenomeni Murat Övüçlə bağlı yeni qərar qəbul olunub.
Axşam.az xəbər verir ki, fenomen başıbağlı şəklinə görə dini dəyərləri təhqir etməkdə ittiham edilib. O, 11 ay həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, Murat bir müddət əvvəl "xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmə" ittihamı ilə mühakimə olunduğu iş üzrə azadlığa buraxılıb. Fenomen ötən ilin sonu həbs olunmuşdu.