Türkiyəli aktyor, İstanbul Dövlət Opera və Balet Teatrının üzvü Ferdi Atuner vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib. Uzun müddətdir səhhətində problemlər olan aktyor ürək tutmasından ölüb.
Qeyd edək ki, F.Atuner "Çocuklar duymasın", "Bez bebek", "En son babalar duyar", "Yasemince", "Çılqın bebiş", "Ayrılsak da beraberiz" kimi məşhur ekran işlərində rol alıb.