Bakıda qalmaqal yaşayan Çelikdən qonşuları da şikayət edib

Bakıda qalmaqal yaşayan Çelikdən qonşuları da şikayət edib
1474 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Çelik bu dəfə Türkiyədə yaşadığı məhəllədə qonşularla mübahisə edib. 

Axşam.az xəbər verir ki, sənətçi bununla bağlı video yayımlayıb. O, səhər saatlarında çörək almağa yollandığını, evə qalxmadan küçədə anasını yüksək səslə çağırıb, çörəyi pəncərədən verdiyini bildirib. Həmin vaxt səs salması isə qonşuları narahat edib. 

"Qonşular narahat olur, bilmirəm nə... Anam sifariş verər, amma telefonun səsini eşitməz. Ona görə də uşaq vaxtı etdiyimiz kimi, küçədən çağırırq. Bəzən 3, bəzən isə 23 dəfə "ana" deyib bağırıram. Pəncərə açılır, çəhrayı səbət aşağı endirilir və ona sifarişlərini verirəm. Anam da həmin gün qismətimdə nə varsa, onu verər. Bu dəfə bir neçə mandalin idi" deyə, müğənni bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda konsert verən Çelik tamaşaçılara kobud davranması ilə gündəmə gəlmişdi.