Bir əsrdir çiçək açan sevgi - Bakının məşhur qlitsiniyasının kədərli hekayəsi

Bir əsrdir çiçək açan sevgi - Bakının məşhur qlitsiniyasının kədərli hekayəsi
3467 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının mərkəzində yerləşən bu həyət aprelin ortasından foto və video sevənlərin sevimli məkanına çevrilir. Hər yeri bənövşəyi qlitsiniya bürüyüb. 

Görünüşü əhvalı yüksəldən bu güllərin hekayəsi qəlbi sızladır:

Teymur bəy Qulubəyov neft qüllələrinin və bir neçə kerosin-benzin zavodlarını birləşdirən ticarət evinin yaradıcılarından biri olub. Bakının mərkəzində yerləşən bu ev təxminən 1909–1910-cu illərdə Teymur bəy Qulibəyov tərəfindən şəriki ilə birlikdə inşa etdirilib. Ailənin həyatında böyük faciə yaşanıb - onlar iki azyaşlı övladlarını itiriblər və həyat yoldaşı Hüsniyə xanım bu itkini çox ağır keçirib. Onun sağalmasına kömək etmək üçün Teymur bəy həyat yoldaşını müalicə məqsədilə Almaniyaya göndərib. Orada Alp dağlarının ətəyində Hüsniyə xanım çiçəklənən qlitsiniyaları görüb və məhz onların “onu yenidən həyata qaytardığını” söyləyib.

O müalicədə olarkən Teymur bəy yeni ev tikdirib və həyat yoldaşının dönüşünə qədər qlitsiniya kolları gətirərək həyətə əkdirib. Həmin qlitsiniyalardan biri bu gün də orada çiçəkləyir, artıq bir əsrdən çoxdur.

Axşam.az paytaxtın mərkəzində olan bu küçədən görüntülər lentə alıb: