ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" otelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.
Axşam.az xəbər verir ki, buna səbəb isə eşidilən atəş səsləri olub. Atəş açan şəxs özü zala daxil olmayıb, hadisə otelin digər otaqlarından birində baş verib. İnsident zamanı güllə Məxfi Xidmət əməkdaşlarından birinə dəyib. Lakin onu zirehli gödəkçəsi qoruyub.
Xidmətin əməkdaşkarı hadisəni törədən şəxsi saxlayıb. Onun 31 yaşlı Kaliforniya ştatının sakini Koul Tomas Allen olduğu müəyyən edilib.
Tədbirdə iştirak edənlər arasında Trampdan başqa, birinci xanım Melaniya Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, hərb naziri Pit Heqset və ABŞ dövlət katibi Marko Rubio da olublar. Bütün dəvətlilər təxliyə ediliblər.