Müğənni Roza Zərgərli Amerikaya yollanıb.
Axşam.az xəbər verir ki, ifaçı Nyu-Yorkda konsert verib. Görüntüləri sosial şəbəkədə paylaşan Roza yenidən ABŞ-də konsertlər verəcəyini bildirib:
"Nyu-Yorkda ilk solo konsertim bu gün idi və inanılmaz oldu. Gəlib bu anı mənimlə bölüşən hər kəsə təşəkkür edirəm. Sizin sevginizi, səmimiyyətinizi və dəstəyinizi hiss etdim - bu, əvəzsizdir. Sizi gördüyümə çox şadam. Əgər hər şey yaxşı gedərsə, sentyabrda ABŞ-nın beş ştatında qastrol səfərində olacağıq. Hər birinizi görməkdən məmnun olaram".
Gecədə Amerikada yaşayan müğənni Elariz Məmmədoğlu da səhnəyə çıxıb.
Qeyd edək ki, R.Zərgərlinin "İstədim" mahnısı qlobal trendə düşüb.