Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan Votsap 8 sentyabr 2026-cı il tarixindən etibarən Android 6.0 və daha köhnə versiyalarda çalışan cihazlara dəstəyi dayandıracağını açıqlayıb.
Axşam.az xəbər verir ki, bu qərar əsasən Android 5.0 və 5.1 əməliyyat sistemi ilə işləyən köhnə model smartfon istifadəçilərinə təsir edəcək. Şirkət bildirib ki, bu addım təhlükəsizlik və performansın yaxşılaşdırılması məqsədilə atılır.
Qərara əsasən, Android 6.0 (Marshmallow) versiyasından aşağı sistemlərdə Votsap artıq işləməyəcək və tətbiqə giriş mümkün olmayacaq.
İstifadəçilərə məlumat itkisi yaşamamaq üçün əvvəlcədən ehtiyat nüsxə (backup) yaratmaq, cihazlarını yeniləmək və ya daha yeni model telefona keçmək tövsiyə olunur.
Votsap bu dəyişikliklərlə texnoloji infrastrukturunu müasir tələblərə uyğun saxlamağı hədəfləyir.