Dalğaların hündürlüyü 4.5 metrə çatacaq - Xəbərdarlıq

Dalğaların hündürlüyü 4.5 metrə çatacaq - Xəbərdarlıq
523 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Axşam.azxəbər verir ki, bu haqda DDLA məlumat yayıb.

Xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək.

Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.