Müğənni Aysel Əlizadə Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 ili münasibətilə hazırlanan "Best of Aygun 40" albomu haqda danışıb.
Axşam.az xəbər verir ki, sənətçi "İncə səhər" verilişində bu albomdan sonra sənət adamlarının mahnıları ilə bağlı qoyduğu qadağanın aradan qalxdığını deyib:
"Aygün Kaxımovanın qəlbi o qədər böyükdür ki... Dedi ki, hansı mahnını istəyirsən seç. Hətta yeni mahnılarını da demişdi götür. Təşəkkür edirəm, nə yaxşı Aygün xanım bizə dəstəkdir. Çəlkimədən rahat bir şəkildə deyir, oxuyun. Aygün Kazımova bir yol açıb... Əvvəl kiminsə mahnısını oxuyanda icazə almalı idik. Aygün Kazımovanın ürəyinin gözəlliyi sayəsində etdiyi iş yardımçı oldu. İndi digər ifaçılar hansısa mahnıya müraciət edəndə "yox" demirlər. Diva buna icazə verdiyi üçün onlar yox deməyə tərəddüd edirlər".
Qeyd edək ki, Aysel albom üçün "Dildarım" mahnısını seçib.