Bu avtomobillərin İçərişəhərə girişi müvəqqəti dayandırılacaq

Bu avtomobillərin İçərişəhərə girişi müvəqqəti dayandırılacaq
346 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

Axşam.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.