Gülzar Qurbanovadan həyat yoldaşı ilə bağlı sevgi dolu sözlər

Gülzar Qurbanovadan həyat yoldaşı ilə bağlı sevgi dolu sözlər
1993 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gülzar Qurbanova rejissor həyat yoldaşı Elxan Cəfərovla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa həyat yoldaşının ad günü olduğunu bildirib:

"Günəş hər axşam batır, yenidən doğmaq üçün üfüqün o tayına keçir. Biz də çox vaxt qürubun içindən keçirik - yenidən doğulmaq üçün.
Biz bu həyat adlı filmin qəhrəmanlarıyıq, kadrın içindən keçirik və həyat bizi çəkir - rejissoru görünməyən bir film kimi. İnanıram, ən gözəl kadrlar hələ qabaqdadır. Səninlə həyat adlı filmdə olmaq ən gözəl hekayədir. Həyatda mən Mauqliyə bənzəsəm də, kinomuzun Mauqlisi sənsən. Qoy, içimizdəki o azad ruh  həmişə diri qalsın, qorxmadan, səmimi və sadə. Doğum günün mübarək".

Qeyd edək ki, cütlüyün iki övladı var.