Aparıcı Lamiyə Ələkbərova bəstəkarlardan şikayətlənib.
Axşam.az xəbər verir ki, aparıcı verilişində bir çoxlarının süni intellektlə mahnı bəstələyib satdığını deyib. O bildirib ki, canlı musiqi alətləri yer almayan mahnılara baxmır:
"Hamı mahnı göndərir: bir mahnı yazmışam. Heç nə də yazmayıblar. Şeiri göndərirlər süni intellektə yazır. Hamı olub bəstəkar. İstedadlı gənclər var. Özünüz nəsə yazıb, canlı alətlərlə ifa edirsinizsə, göndərin. Xahiş edirəm, bəstəkar olmayanlar mahnı göndərməsin. Bunu nənəm də yazar".