“Vağzalı” müzakirəsi qalmaqala çevrildi - “Sözümün arxasındayam”

“Vağzalı” müzakirəsi qalmaqala çevrildi - “Sözümün arxasındayam”
2939 dəfə oxunub
  • A-
  • A
  • A+

“Söhbət, təbii ki, bizim el havamız olan, toylarımızın yaraşığı, həqiqi gözəlliyi sayılan “Vağzalı”dan gedir”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov sosial şəbəkədə paylaşdığı videoda deyib. O, toy məclislərində “Vağzalı”nın istənməməsindən danışıb:

“Son vaxtlar bir çoxunuz da görürsünüz ki, bu mövzuda müəyyən təbliğat, daha doğrusu, deyərdim ki, anti-təbliğatlar gedir. Guya “Vağzalı” artıq istənilmir, guya bəylə gəlin, gənclər toylarında səslənməsinə etiraz edirlər və sair.

Bu cür fikirlərə əlbəttə ki, biganə qala bilməzdim və öz mövqeyimi bildirməliydim. Açıq deyirəm: qətiyyən inanmıram ki, azərbaycanlı bir ailə öz toyunda “Vağzalı”nın səslənməsinə etiraz etsin.

Ola bilər ki, bəy və gəlinin zala daxil olma mərasimi üçün fərqli kompozisiyalar seçilsin, təqdimatlar olsun. Buna heç bir etirazım yoxdur. Amma heç olmasa bəy-gəlinin evdən çıxışı zamanı “Vağzalı”nın səslənməməsi mənə inandırıcı gəlmir.

Eyni ilə toy bitdikdən sonra, bəy-gəlinin yola salınması zamanı “Vağzalı”nın səslənməməsi də mənim üçün mümkün görünmür. Belə bir halın geniş şəkildə mövcud olduğuna inanmıram.

Kimsə deyə bilər ki, mən toyumu ümumiyyətlə qapalı, sakit şəkildə keçirmək istəyirəm, çox səs-küy, müəyyən musiqilər olmasın. Bu da mümkündür, amma bu, 1000 toyda bəlkə bir dəfə rast gəlinən haldır.

Ümumilikdə isə iki gənc öz toyunda “Vağzalı” səslənməsin, istəmirəm” deyirsə, sözümün arxasındayam. Yenə də deyirəm ki, deməli bunun qanı, geni Azərbaycan qanından və genindən deyil. Başqa sözü olan varsa, buyursun, birbaşa şəxsimə yazsın”.

Qeyd edək ki, “Qonaqcanlı” verilişində İ.Əhmədov məsələ ilə bağlı sualları cavablandırıb, etiraz etmişdi.