Türkiyəli aktyor Gökberk Yıldırım yeni seriala çəkilir.
Axşam.az xəbər verir ki, aktyor "Haysiyet" adlı ekran işi üçün kamera qarşısına keçəcək. O, baş rol ifaçısı Doğukan Güngörün qardaşına həyat verəcək.
Qeyd edək ki, Gökberk də Doğukan kimi son olaraq "Kızılcık şerbeti" serialında rol alıb.
Doğukan narkotik testinin nəticələri müsbət çıxdıqdan sonra sözügedən serialdan kənarlaşdırılmışdı. O, "Fatih" obrazına həyat verirdi. Gökberk isə layihədə artıq hekayəsi bitən "Yağız" obrazını canlandırıb.
