"Pintiliyə görə oğlumu evdən qovmuşdum" - Video

"Pintiliyə görə oğlumu evdən qovmuşdum" - Video
3072 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikada yaşayan jurnalist Qənirə Ataşova oğlu Ceyhunla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, jurnalist övladının evdə səliqəyə riayət etmədiyini bildirib:

"Mənə pis ana deyə bilərsiniz. Bu pintiliyə görə onu evdən qovmuşdum. İnanın, otağı bu vəziyyətdə olurdu. Amma qovulandan sonra evə qayıdanda divarları öpüb dedi: "Ana, bu evin qaydalarına qurban olaram".

Maşını ona təmiz vermişdim. 4 aydır həmin maşın zibilliyə çevrilib. Nə istəsəniz içindən tapmaq mümkündür. Sonda paylaşdığım foto isə mənim təmizliyimdən bir parçadır. Onu da uşaqlar bəyənmir".

Qeyd edək ki, Qənirə Ataşova iki oğul anasıdır.