257 nömrəli məktəbdə zəhərlənmə olub? - Rəsmi açıqlama

257 nömrəli məktəbdə zəhərlənmə olub? - Rəsmi açıqlama
794 dəfə oxunub
  • A-
  • A
  • A+

Xətai rayon 257 saylı məktəbdə kütləvi zəhərlənmənin baş verməsi haqda yayılan məlumatlara aydınlıq gətirilib.

Axşam.az-ın məlumatına görə, məktəbdən “Qafqazinfo”ya bildirilib ki, mayın 1-də  nəm salfetdən istifadə nəticəsində məktəbin V sinfinin bir neçə şagirdinin əlində allergik əlamətlər müşahidə olunub.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma məlumat verilib, şagirdlər yerində müayinə olunub və onlara müvafiq yardım göstərilib. Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Hazırda şagirdlərin vəziyyəti normaldır” deyə, qeyd edilib.

TƏBİB-dən isə bildirilib ki, saat 15:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakı şəhəri, Xətai rayonu, 257 nömrəli məktəbdən nəm salfetdən keçən allergiya səbəbilə çağırış qeydə alınıb.

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfərə yerində ilkin tibbi yardım olunub” deyə, əlavə edilib.

Qeyd edək ki, aparıcı Aytən Səfərova Bakı şəhəri Xətai rayonu 257 nömrəli məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olduğunu açıqlamışdı.