Xalq artisti Aygün Kazımova bu gün keçirilməsi planlaşdırılan konsertini təxirə salıb.
Axşam.az xəbər verir ki, buna səbəb Pop kraliçasının səhhətində yaranan problem olub. Bu haqda Kazımova özü məlumat yayıb.
Müğənni bildirib ki, konsert başqa bir tarixdə keçiriləcək. Diva bu gün üçün alınan biletlərin növbəti konsertdə keçərli olacağını əlavə edib.
