Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə qurur.
Axşam.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Akif Yaman məlumat yayıb.
O bildirib ki, Nəsrinin toy mərasimi bu gün Bodrumdadır.
"Nəsrin Cavadzadə Kadir Taner Uçar ilə nikah masasına əyləşir" deyə, o, əlavə edib.
Nəsrin özü də toydan paylaşım edərək, xəbəri təsdiqləyib. O, toy fotolarını bölüşüb.