Ötən gün Abşeronda – Fatimeyi Zəhra Məscidinin yaxınlığındakı Goradil qəbiristanlığında tapılan 2 yaşlı uşağın valideynləri müəyyən edilib.
Axşam.az-ın məlumatına görə, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, anası uşaqdan rəsmi qaydada imtina edib.
“Dünən qəbiristanlıq ərazisində tapılan körpənin “anacığı” tapılıb. Hazırda onun barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən...
Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar, xəsarət alar?” Çiyinlərini çəkdi...” deyə, o əlavə edib.