"Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsinin qalibi bəlli olub.
Axşam.az-ın məlumatına görə, üç il fasilədən sonra müsabiqəyə qayıdan Bolqarıstan Dara adlı ifaçı ilə birinci olub. Ölkə ümumilikdə 516 xal toplayıb.
Müsabiqənin ikincisi 343 xalla İsrail, üçüncüsü isə 287 xalla isə Avstraliya olub.
Qeyd edək ki, bu il Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib. Finalda 25 ölkə çıxış edib.