"Mister Bin"lə işin olmasın" - Firdovsi Atakişiyevdən Coşqun Rəhimova

"Mister Bin"lə işin olmasın" - Firdovsi Atakişiyevdən Coşqun Rəhimova
2020 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün "Maska" şousunda "Dönər" obrazını canlandıran məşhurun Əməkdar artist Firdovsi Atakişiyev olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, aktyor üzünü göstərməzdən əvvəl üzündə daha bir maskanın olduğu görünüb. Belə ki, F.Atakişiyev əvvəlcə "Dönər", sonra isə aktyor Roven Atkinsonun canlandırdığı "Mister Bin" obrazının maskasını çıxarıb. Firdovsi Atakişiyev bununla Əməkdar artist Coşqun Rəhimova söz atıb.

"Coşqun, "Mister Bin" maskasını sənin acığını gətirmişəm. Ötən yaydan bu maskanı sifariş vermişəm ki, onu çıxaranda sənə belə barmaq silkələyim. Bilirsən niyə? Çünki o mənim ən çox sevdiyim obrazdır. Onunla işin olmasın" deyə, Əməkdar artist bildirib. 

C.Rəhimov isə həmkarına cavabında "Mən "Mİster Bin"ə pis deməmişəm, xahiş edirəm düzgün oxuyun. Nəysə. Öpürəm səni, yaxşı ki, burada oldun" deyə, cavab verib.

Qeyd edək ki, Coşqun Rəhimov müsahibələrindən birində "Mister Bin" axmaq bir vəziyyətdə tamaşaçını güldürən aktyordur. Ona aktyor demək olarsa... Çox sadə, bəsit bir vəziyyətdən gülüş yaradır. Buna aktyorluq demirlər. Tapılmış bir formanı tamaşaçıya təqdim edir. Onu aktyor kimi təqdim edə bilmərik" deyə bildirib.