Xəbər verdiyimiz kimi, Türkyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda möhtəşəm “Türkiyə Caz Festivalı” keçiriləcək.
Axşam.az-ın məlumatına görə, oktyabrın 10-16-da baş tutacaq festivalın ikinci günündə çıxış edəcək qrupun adı açıqlanıb. Belə ki, oktyabrın 11-də saat: 21:30-da F.Ö.N. qrupu möhtəşəm ifaları ilə “Park Bulvar”da yerləşən “Zeytun” restoranında musiqisevərlərin qarşısında çıxış edəcək. Qrup üzvləri Fəridə Berrin Öget, Özay Fecht və Nilufər Verdi Türkiyənin tanınmış misiqiçilərindəndir. Onlar Azərbaycanda konsert verəcəklərinə görə çox məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, F.Ö.N qrupunun konsertinə giriş pulsuz olacaq.