"Türkvizyon"dakı üç ölkənin təmsilçisi bəlli oldu
Mədəniyyət
23:26 / 24.09.14
Tatarıstan Respublikasının paytaxtı Kazanda bu il keçiriləcək “Türkvizyon-2014” Beynəlxalq musiqi müsabiqəsində Azərbaycan, Moldova və Tatarıstan təmsilçilərinin adı müəyyən olunub.
Axşam.az-ın məlumatına görə, Azərbaycanı bu il “Türkvizyon- 2014” yarışmasında Elvin Ordubadlı təmsil edəcək. Gənc müğənni ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” adı altında təşkil olunan və 3 ay davam edən milli seçim turunun qalibi olub.
Moldovada keçirilən milli seçim turunda Mariya Topal, Tatarıstanda isə Aydar Süleyman qalib gəlib.
20-dən çox ölkə təmsilçisinin iştirak edəcəyi “Türkvizyon- 2014” mahnı müsabiqəsinin final konserti noyabrın 21-də 15 min tamaşaçı tutumu olan “Tatneft Arena” idman-konsert kompleksində baş tutacaq.
Mənbə: AzərTac