Ən yaxşı gənc aktyorlara mükafat veriləcək

Ən yaxşı gənc aktyorlara mükafat veriləcək
995 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Musiqili Teatrı gənc aktyorların, aktrisaların yaradıcılıq həvəsini, istedadını dəyərləndirmək məqsədilə teatrın daxili imkanları hesabına yeni mükafat təsis edib.

Axşam.az modern.az-a istinadən xəbər verir ki, bundan sonra mövsüm ərzində uğurları ilə seçilən gənc sənətçilər “İlin ən yaxşı gənc aktyoru” və “İlin ən yaxşı gənc aktrisası” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Bundan başqa, xalq artisti Afaq Bəşirqızı tərəfindən “Bəşir Səfəroğlu adına mükafat” təsis edilib. Bu mükafat da mövsümün sonunda ən yaxşı aktyor və aktrisaya təqdim ediləcək.