Finlandiyada azərbaycanlı qıza heyran oldular
Mədəniyyət
00:35 / 04.10.14
Finlandiyada yaşayan həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” (“The Voice Kids”) musiqi yarışmasında uğurla çıxış edərək münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.
Axşam.az-ın məlumatına görə, A.Cabbarlı müsabiqənin ilk mərhələsində “Little Miks - Wings” mahnısını ifa edib. Münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizin seçimi müğənni Diandra Flores olub.
Həmyerlimiz Finlandiyanın “4-cü kanal”ı ilə yayımlanan müsabiqənin növbəti həftəsində çıxışına davam edəcək.
Qeyd edək ki, 12 yaşlı Aylin Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatının nəzdindəki AzərTurk musiqi qrupunun solisti, təşkilatın rəhbəri Ulviyyə Cabbarlının qızıdır. Aylin Cabbarlı 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır və orada piano dərsləri alır.