Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Unudulmaz Tarixim” adlı layihə çərçivəsində lentə alınan "Xarı Bülbül" qısametrajlı filmi təqdim edilib.
Axşam.az-ın məlumatına görə, film Şuşa və Qarabağın simvollarının, adət - ənənələrimizin hələ də yaddaşlardan silinməməsi və o sərvətlərin gənclərə çatdırılması üçün mühüm rol oynayır. Film dünyada yalnız Azərbaycanda bitən, adı Qarabağla birgə çəkilən Şuşanın milli simvolu Xarıbülbül çiçəyi barəsindədir.
Ekran işinin layihə rəhbəri və ssenari müəllifi Orxan Muxtarlı, rejissoru Pərvin Qorçuyev, operatoru Novruz Məhəmmədoğlu, musiqi tərtibatı və montajçısı Paşa Nəsibov, qum rəssamı Lalə Hüseynzadə, səs Sərxan Baxşəliyevdir. Filmdə əməkdar artist Lətifə Cahandarqızı, aktyorlar Vahid Orucoğlu, Nigar Məmmədova və Ayan Yunus rol alıb.
Filmin rejissorunun verdiyi məlumata görə, burada istifadə olunan qum rəssamlığı ilk dəfə olaraq qisametrajlı ekran işi formatında tətbiq olunub. Şuşadan məcburi koçkün olan bir qadının dilindən danışılan hekayələrdə düşmən tapdağı altında olan torpaqlarımızın həsrəti hiss olunur.