Türkiyəli milyonçu filmə çəkildi, 1 dollar aldı - fotolar

Türkiyəli milyonçu filmə çəkildi, 1 dollar aldı -  fotolar
1937 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli milyonçu Əli Ağaoğlu Alper Kulun yeni filmi "Olur olur"da qonaq oyuncu kimi rol alıb.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, iş adamına qarşılığında bir dollar qonorar ödənilib.
 
İnşaat biznesi, bahalı avtomobilləri və gənc sevgililəri ilə gündəmdən düşməyən milyonçu bu dəfə də kino sahəsində tanınmağa can atıb.

Film təklifi gələrkən "Pul almasam çəkilmərəm" deyən Ağaoğlu Alper Kula jest edib. O, rolu üçün çox yox, cəmi 1 dollar istəyib.

Sözügedən film noyabrın 7-də nümayiş olunacaq. 

Qeyd edək ki, Əli Ağaoğlu bu günə qədər bir neçə dəfə reklam çarxlarında çəkilib.