Səfirdən Oksanaya sürpriz - fotolar

Səfirdən Oksanaya sürpriz - fotolar
2576 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Oksana Rəsulova Bakıda baş tutan Divali bayramının fəxri qonağı olub.

Axşam.az-ın məlumatına görə, tədbir çərçivəsində hind milli rəqslərindən və mahnılarından ibarət proqram təqdim olunub.

Gecədə O.Rəsulova tələbələri ilə birlikdə rəqslər nümayiş etdirib.

Həmçinin, tədbirdə sənətçinin Hindistandakı “India's Best Cine Stars Ki Khoj” müsabiqəsindəki möhtəşəm qələbəsinə həsr edilmiş video-çarx təqdim olunub.

Mərasimdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Oksananı təbrik edərək, ona “Rəqs ilahəsi” heykəlini bağışlayıb. Səfir “Oksanın bu yarışmadakı qələbəsi bütün Azərbaycanın uğurudur”, - deyə bildirib.

Qeyd edək ki, tədbir səfirliyin nəzdində olan Hindistanın Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib. Oksana bu Assosiasiyanın fəxri üzvüdür.