“Məsuliyyətli bir işin altına girmişəm” - fotolar

“Məsuliyyətli bir işin altına girmişəm” - fotolar
1697 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva Hindistanda keçirilən “Udbhav İnternational Dance Carnival” festivalına qatılıb.

Axşam.az-ın məlumatına görə, hazırda Hindistanda olan rəqqasə təəssüratlarını bizimlə bölüşüb:

“Artıq bütün komanda heyətimizlə Hindistandayıq. Bizi burada çox yaxşı qarşıladılar. Bu gün festivalın açılışı olacaq. Bundan əlavə, 6 qala konsert keçiriləcək. Burada Azərbaycan milli rəqslərinə xüsusi diqqət gördüm. Sözügedən festivala ölkəmizdən savayı, Rusiya, Qırğızıstan, Bolqarıstan və bir sıra dövlətlərdən iştirakçılar qatılıb. Azərbaycanı yalnız mən təmsil edirəm. Çox məsuliyyətli bir işin altına girmişəm. Açığı, çox həyəcanlı və sevincliyəm. İnanıram ki, vətənimə yaxşı nəticə ilə qayıdacam”.