“Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişinin bugünkü buraxılışında banklar, kreditlər müzakirə olunub.
Axşam.az-ın məlumatına görə, aparıcılığını Təranə Səmədovanın etdiyi proqramın qonaqları sırasında əməkdar artist Cavanşir Məmmədov da yer alıb.
Kreditlərdən bəhs edən müğənni bunları deyib:
“Bizimkilər qonşu ilə bəhsə girir. Qonşunun maşını varsa, evdə arvad dava edir ki, get sən də al. Kişi də məcbur olub, bankdan kredit götürür. Gedib alırlar, ödəmirlər. Banklar insanları aldadıb, şirnikləşdirir. Kredit sələm deməkdir. Bu isə Quranda günahdır. Krediti xalqa kömək üçün yaradırlarsa, bunun faizini, gərək, aşağı etsinlər. Azərbaycandakı qədər çox faizli kredit heç bir ölkədə yoxdur. Özü də, bizdə maaşlar da azdır”.
Qeyd edək ki, “Baku art lab”ın təşkilatçılığı ilə yayımlanan “Hələ bu harasıdır” verilişinə həftənin ilk beş günü saat 10:45-dən 12:00-a kimi baxa bilərsiniz. Layihənin rəhbəri Vüqar Təhməzov, art direktoru Vüsal Qarayev, redaktoru İlhamə Novruzova, müxbiri Azad Mirzə, diceyi Nari, prodüseri Elvin Aydın, operatorları Şahin Ağayev, Famil Haqverdiyev, interaktiv proyeksiya rəhbəri Surxay Xətaidir.