Tom Kruz həyatını təhlükəyə atdı - fotolar

Tom Kruz həyatını təhlükəyə atdı - fotolar
1620 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli aktyor Tom Kruz “Çətin tapşırıq 5” filminin çəkilişləri zamanı dublyoru olmadan təhlükəli səhnələrdə rol alıb.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 52 yaşlı aktyor ekran işinin bir səhnəsindən ötrü 1500 metr yüksəklikdə və heç bir təhlükəsizlik tədbiri görülmədən təyyarənin kandarında yeriyib. Kənardakılar bu epizodu həyəcan və qorxu içində izləyiblər.
 
T.Kruz bu kadrlar lentə alınarkən təyyarə havaya qalxmadan öz mövqeyini dəqiqləşdirib və daha sonra həmin şəkildə göyə yüksəlib. Onun yuxarıda olarkən şiddətli küləklə necə mübarizə aparması da diqqətdən yayınmayıb.