Birinci xanım macarıstanlı nazirlə görüşdü - fotolar

Birinci xanım macarıstanlı nazirlə görüşdü -  fotolar
1387 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Macarıstanın ölkəmizdə səfərdə olan xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. 

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Azərbaycan-Macarıstan əməkdaşlığının bir çox sahələri əhatə etdiyini vurğulayıb.

Macarıstanın Azərbaycandakı səfirliyinin fəaliyyətindən danışan Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Budapeştdə Əlil Uşaqlar üçün Reabilitasiya Mərkəzinin yeni korpusunin tikildiyini bildirib:

Azərbaycana beşinci dəfədir ki, səfər etdiyini deyən Peter Siyarto ölkəmizin iqtisadiyyatının dinamik inkişafını yüksək qiymətləndirib.