Aktrisanın ad günündə gərgin anlar yaşandı - fotolar
Dünya
10:43 / 04.11.14
3013dəfə oxunub
A-
A
A+
“Möhtəşəm yüz il” serialında Mihrünisə Sultan obrazını canlandıran aktrisa Bərrak Tüzünataç ötən gün 30 yaşını qeyd edib.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, Aras Bulud İynəmli, Özgə Özpirinççi və sevgilisi Burak Yamantürkün də qatıldığı partidə tort kəsən aktrisa daha sonra fotokameralar önünə keçərək poz verib. Dostlarına təşəkkür edən Bərrak çox xoşbəxt olduğunu söyləyib.
Gecəyə damğa vuran hadisə isə müxbirlərə müsahibə verən Özgənin sevgilisinin davranışları olub. Belə ki, B.Yamantürk Ö.Özpirinççiyə sual ünvanlayan jurnalisti əli ilə itələyərək “Çəkil!” deyib və gərginliyə səbəb olub. Əsəbi görünən Burak daha sonra Özgə ilə avtomobilinə əyləşərək oradan uzaqlaşıb.