Övladlarının ad günündə bir araya gəldilər – fotolar
Dünya
11:14 / 04.11.14
4445dəfə oxunub
A-
A
A+
Serbiyalı modelyer İvana Sərt və keçmiş həyat yoldaşı, iş adamı Yurdal Sərt dünən övladları Atəşin ad gününü qeyd etmək üçün bir araya gəliblər.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, parti təşkil edən cütlük bir-birlərinə olan münasibətləri barədə jurnalistlərin suallarını cavablandırıblar. İş adamı, əvvəllər Y.Sərtin dostu və ortağı olan Sinan Akımandan evlilik təklifi alan İvana keçmiş həyat yoldaşının bunu necə qarşılaması xəbərinə belə münasibət bildirib:
“Yurdal normal qəbul etdi. İndi Sinanla dost deyillər. Onlar bir-birlərinin necə bir insan olduqlarını çox yaxşı bilirlər. Ən önəmlisi, uşağımızın xoşbəxtliyidir. Atəşlə Sinan yaxşı yola gedirlər”.
Y.Sərt isə “İvana ilə dostluğumuz daimidir. Aramızda heç bir problem yoxdur”,- deyə açıqlama verib.