"Qadınlar kişilər üçün deyil, digər qadınlar üçün geyinir" - fotolar

"Qadınlar kişilər üçün deyil, digər qadınlar üçün geyinir" - fotolar
1768 dəfə oxunub
  • A-
  • A
  • A+

ASOS internet jurnalı artıq yanvar buraxılışını təqdim edib.

Axşam.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni buraxılışın üz qabığında məşhur müğənni Teylor Sviftdir.

Fotosessiya zamanı o, jurnala həm də "Necə super-qız olmaq mümkündür?" başlıqıyla təqdim olunan müsahibə verib. Dəbli geyimiylə seçilən ulduz müğənni qadınların kişilər üçün deyil, əslində digər qadınlar üçün geyindiyini söyləyib.
 
Müsahibə zamanı Teylor rəfiqəsi Selena Qomezlə münasibətlərindən də danışıb. O, Castin Biberdən ayrılmaq üçün rəfiqəsinə təsir etdiyi haqda xəbərləri təsdiqləməyib.