“Bakı vaxtı ilə” məşhur Azərbaycan filminə həsr olunacaq - fotolar

“Bakı vaxtı ilə” məşhur Azərbaycan filminə həsr olunacaq - fotolar
1289 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Bakı vaxtı ilə” verilişinin sabahkı buraxılışı “Yeddi oğul istərəm” filminə həsr olunub.

Axşam.az-ın məlumatına görə, Roza Zərgərlinin aparıcılığı ilə hazırlanan proqramın qonaqları arasında tanımış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudbəyov, xalq artisti Rafiq Əzimov, əməkdar artist Ənvər Həsənov və Aşıq Ədalət Nəsibov yer alacaq.

Qeyd edək ki, layihənin redaktoru Zabir Əliyev, baş prodüseri Ataş Hüseynov, aparıcı və müəllifi Roza Zərgərli, piar meneceri Aytac Bayramzadə və Cavid Sahilovdur.

Veriliş hər həftənin şənbə günü saat 23:00-da yayımlanır.