“Müsəlman dünyasının gözəli” seçildi – fotolar

“Müsəlman dünyasının gözəli” seçildi – fotolar
2758 dəfə oxunub
  • A-
  • A
  • A+
“Müsəlman dünyasının gözəli” yarışmasının builki qalibinin adı bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, gözəllik müsabiqəsinin İndoneziyada baş tutan final gecəsində Tunis təmsilçisi 25 yaşlı Fatimə Ben Qifraçe qələbə çalıb.

Yarışmanın qalibinə qızıl saat və Məkkəyə səyahət hədiyyə olunub. Birinci olduğunu eşidən Fatimə göz yaşlarını saxlaya bilməyərək “Allah mənə öz missiyamı yerinə yetirməyimə kömək etdi” deyib.

Qeyd edək ki, 2011-ci ildə təsis edilmiş gözəllik müsabiqəsində müsəlman ölkələrindən 18 namizəd iştirak edib.