Natalya Oreyronun gözəllik sirləri - müsahibə+fotolar

Natalya Oreyronun gözəllik sirləri - müsahibə+fotolar
3968 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya tamaşaçısına “Vəhşi mələk” serialından Milaqres rolu ilə tanış olan aktrisa Natalya Oreyro woman.ru saytına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, 270 seriyalı telenovellanın 37 yaşlı qəhrəmanı gözəllik sirlərindən danışıb. Həmin müsahibəni qısa şəkildə təqdim edirik:

- Əgər yalnız makiyaj və ya saçınızı düzəltməyə vaxtınız olsa, hansını edərsiniz?
- Saçımı düzəldərəm.

- Xarici görünüşünüzdə əsasən nəyə fikir verirsiniz?
- Bədən quruluşuma.

- Saçlarınızı nə vaxtdan boyamağa başlamısınız?
- Gənc yaşlarımdan. Anam gözəllik salonunda işləyirdi və öz təcrübəsini mənə də öyrətmişdi.

- Ana olmusunuz. Əvvəlki formanıza necə qayıtdınız?
- Asan olmadı. Aynanın qarşısına keçəndə özümü çəkimdən əlavə olaraq 30 kiloqram artıq hiss edirdim. Mən doğuşumdan bir ay sonra idmanla məşğul olmağa başladım. Düşünürəm ki, övladımı əmizdirməyim də arıqlamağıma kömək etdi.

- Plastik əməliyyata münasibətiniz necədir?
- Əleyhinə deyiləm. Amma hələ ki, mənim buna ehtiyacım yoxdur. Bəzi gənc xanımlarda görürəm ki, dodaqlarını şişirdib, üzlərini çəkdirirlər. Bütün bunlar erkən yaşda nəyə lazımdır, başa düşmürəm.