Xəstə körpə üçün bayramı vaxtından əvvəl qeyd etdilər -fotolar

Xəstə körpə üçün bayramı vaxtından əvvəl qeyd etdilər -fotolar
3219 dəfə oxunub
  • A-
  • A
  • A+

Yuta ştatının kiçik şəhərlərindən biri olan Uest-Cordanın sakinləri iki yaşında leykemiya xəstəliyinin ağır növünə düçar olan İtan Van Leven adlı körpəni sevindirmək üçün bir araya gəliblər.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda dörd yaşı olan İtanın kimyaterapeya və iliyin köçürülməsi əməliyyatına baxmayaraq, xəstəliyi yenidən baş qaldırıb. Həkimlər körpənin valideynlərinə artıq heç nə etməyin mümkün olmadığını və balaca İtanın bir neçə həftəlik ömrü qaldığını bildiriblər.

Məhz elə bu xəbərdən sonra şəhərin sakinləri balaca körpəyə sürpriz etmək qərarına gəlib və onun üçün bayram hazırlayıblar. Küçələr rəngbərəng çıraqlarla bəzədilib və 150-dən çox insan İtanın evinin qarşısında toplaşaraq onun üçün Milad  mahnılarını ifa ediblər.

Hətta yerli radioda da Milad musiqiləri səslənib.