Günayın həyat yoldaşı onu iki qızla aldatdı - fotolar

Günayın həyat yoldaşı onu iki qızla aldatdı - fotolar
6304 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ilə ailəli olan aktyor Tolqa Karel ötən gün iki gənc xanımla görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Asmalıməsciddə məkanların birində səhərədək qızlarla əylənən aktyor kameraları görsə də, özünü itirməyib və onlarla dost olduğunu deyib. Xanımlardan Əsli adlı biri müxbirləri görən kimi, uzaqlaşmaq istəsə də, Tolqa onu çağıraraq “Yanıma gəl, böyüdüləcək heç nə yoxdur” deyib.

T.Karel jurnalistlərin “Günay xanımla evliliyiniz davam edəcək” sualına isə “Sizə dəxli yoxdur” cavabını verib.

Qeyd edək ki, Tolqa Karel əyləncə məkanına kişi dostu ilə yollanıb və həmin xanımlarla orada tanış olub.

G.Musayeva və T.Karel 2011-ci ildə ailə qurub. Cütlüyün Cahangir adlı bir oğlu var.