Gənc xanəndənin solo konserti keçirildi - fotolar

Gənc xanəndənin solo konserti keçirildi - fotolar
1738 dəfə oxunub
  • A-
  • A
  • A+
Beynəlxalq Muğam Mərkəzində Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı, gənc xanəndə Vüsalə Musayevanın “Axşamüstü Qarabağdan” adlı solo konserti keçirilib.

Axşam.az-ın məlumatına görə, konsertdə xanəndəni Nahid Məmmədovun bədii rəhbəri olduğu “Şahnaz” instrumental ansamblı müşayiət edib. İlk dəfə solo konsert verən xanəndə çox həyəcanlı olduğunu bildirib:

“Solo konsert vermək böyük məsuliyyətdir. Mən bunu solo konsert yox, sınaq konserti hesab edirəm. Çünki bu gün zalda bizim ustad xanəndələrimiz, müəllimlərim əyləşib. Bu, mənim həyəcanımı, məsuliyyətimi bir az da artırır. Hesab edirəm ki, bu gün onların qarşısında növbəti sınaq imtahanımı verirəm”.

Vüsalə bir saat boyunca xalq mahnıları və təsniflərlə yanaşı, Səid Rüstəmov, Cahangir Cahangirov, Bəhram Nəsibovun unudulmaz mahnılarını da səsləndirib. V.Musayeva konsertə “Qarabağ” şikəstəsi ilə yekun vurub.