Kıvanç Tatlıtuğla sevgilisi çətin dəqiqələr yaşadı - fotolar

Kıvanç Tatlıtuğla sevgilisi çətin dəqiqələr yaşadı - fotolar
7318 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ Fransaya gedib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi Parisdəki “Türk sinemasıyla randevu” tədbirinə sevgilisi Başak Dizərlə birlikdə qatılıb. Cütlük hava limanının girişində çətin dəqiqələr yaşayıb. 

X-Ray renthen aparatı səs çıxarandan sonra qadın işçi Başak Dizəri yoxlamağa başlayıb. Tatlıtuğ təkrar-təkrar yoxlanılan sevgilisini çöldə gözləyib. Xərc pulu götürməyi yaddan çıxaran cütlük yükləri ilə bağlı da çətin vəziyyətdə qalıblar.
 
“Kurt Seyit ve Şura ” serialının bitməsindən sonra karyerası haqqında yeni qərarlar aldığı və Amerikaya köçəcəyi deyilən Kıvanç bu iddiaları ayaqüstü yalanlayıb:

"Bir müddət istirahət edəcəm. Serialı, kinonu buraxmamışam. Niyə də sənəti tərk edim? Sadəcə olaraq, indi dincəlirəm. Yaxşı bir təklif gələrsə, həmin dəqiqə çəkilərəm. Bu işlər bəlli olmur”.