Emin “Qızıl qrammafon” aldı – fotolar

Emin “Qızıl qrammafon” aldı – fotolar
1016 dəfə oxunub
  • A-
  • A
  • A+
Moskvada “Qızıl qrammafon” mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, İvan Urqant və Dmitri Nağıyevin aparıcılığı ilə baş tutan gecədə müğənni-bəstəkar Emin də iştirak edib.

Kreml sarayında “Ruskiy Radio”nun təşkilatçılığı ilə keçirilən mükafatlandırma mərasimində rus estradasının tanınmış simaları - Filipp Kirkorov, Vera Brejneva, Dima Bilan, Valeriya, Qriqoriy Leps, Stas Mixaylov, Byanka və başqaları hit mahnılarına görə “Qızıl qrammafon”a layiq görülüblər.

Emin isə “Ya luçşe vsex jivu” (“Mən hamıdan yaxşı yaşayıram”) adlı mahnısına görə mükafat alıb.