Obamanın qızlarını tənqid etdilər - geyimlərinə görə

Obamanın qızlarını tənqid etdilər - geyimlərinə görə
3972 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin əməkdaşı Elizabet Lauten prezident Barak Obamanın qızlarını davranışlarına görə tənqid edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun fikrincə, Saşa və Maliya özlərini statuslarına uyğun aparmırlar. “Təşəkkür günün”ə həsr olunan mərasimdə qızların davranışını görən E.Lauten bu barədə sosial şəbəkədə yazıb:

“Əziz Saşa və Maliya, başa düşürəm ki, siz çətin yetkinlik dövrü yaşayırsınız. Amma siz ölkənin birinci simalarının ailə üzvlərisiniz. Özünüzü buna uyğun aparmağa çalışın. Heç olmasa, oynadığınız rola hörmət edin. Bara getməyə hazırlaşırmış kimi geyinməyin və televiziya verilişləri zamanı müxtəlif sifətlər nümayiş etdirməyin”.

Obamanın tərəfdarlarından biri isə Elizabet Lautenə “Sən kiməsə özünü necə aparmalı olduğu haqda məsləhət verə bilməzsən”, – deyə cavab verib.

Respublikaçılar Partiyasının nümayəndəsi müxtəlif tənqidlərdən sonra statusunu silərək prezident ailəsindən üzr istəməli olub.