Azərbaycanlı bankirin qızının çantası 10 200 avroya satıldı - fotolar

Azərbaycanlı bankirin qızının çantası 10 200 avroya satıldı -  fotolar
3314 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı modelyer, ölkənin baş bankiri Elman Rüstəmovun qızı Günel Rüstəmovanın dizayn etdiyi çanta Londonda hərraca çıxarılıb.

Axşam.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, adı açıqlanmayan alıcı çanta üçün nə az, nə çox 10 min 200 avro ödəyib.

Dəridən hazırlanan və üzərində məşhur siyasətçi Con Lanqdonun ambiqramı əks olunan çanta Günel Rüstəmovanın “33 by Gyunel” aksessuar kolleksiyasına daxildir. Satışlardan əldə olunan gəlir Böyük Britaniyanın Kar uşaqların ictimai təşkilatı və Azərbaycanın “Uşaqların xoşbəxt gələcəyi” ictimai birliyinin hesabına köçürüləcək.

Qeyd edək ki, Günel Rüstəmova Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə ilə evlidir.